Öz yeri və Təl-Əvivdə ümumi vəziyyətlə bağlı Tehranda yanlış fikir formalaşdırmaq üçün Netanyahu qəsdən bu addımı atıb.
“İsrailin baş nazirinin oğlunun toyunu elan etməsi İranın iyunun 17-nə kimi zərbələr gözləməyəcəyinə hesablanıb.Netanyahunun qohumlarından heç biri, o cümlədən oğlu onun toyda əslində iştirak etməyəcəyini və döyüşlər səbəbindən onun təxirə salınmalı olduğunu bilmirdi”, - qəzetin dərc etdiyi materialda deyilir.
Qeyd edək ki, bundan əvvəl Netanyahu bütün israillilərin İranla münaqişəyə görə əziyyət çəkdiyini bildirərək, ailəsinin də “öz qiymətini” ödədiyini söyləyib: oğlu Avner toyunu təxirə salmağa məcbur olub. Siyasətçi həyat yoldaşını da bu yükü daşıyan qəhrəman adlandırıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


